Balaca Fatimə azərbaycanlı milyarderə səsləndi: Mən yaşamaq istəyirəm (VİDEO)
Lənkəranın Gərmetük qəsəbəsində dünyaya göz açan Məlikova Fatimənin 9 yaşı var. O, aplastik anemiyadan (ilik qan huceyrələrinin idxal edilməməsindən) əziyyət çəkir.
Fatimənin anası Sahilə xanımın sözlərinə görə, 2 aydır ki, övladının xəstəliyi kəskinləşib: "Fatiməyə 5 gün ərzində ilik köçürülməsə onu itirə bilərik.”
Maddi durumları çətin olan çarəsiz ailə üzünü imkanlı şəxslərə və həmyerliləri, iş adamı Mübariz Məsimova tutaraq, maddi, mənəvi dəstək olmaqlarını xahiş edirlər.
Onu da qeyd edək ki, ilik nəqli üçün ailədə uyğun gələn kimsə yoxdur. Ona görə, ilik nəqli yalnız Türkiyə və digər xarici ölkələrdə mümkündür.
Sayılı günlər qaldığı üçün hər kəsi tələsməyə səsləyirik.
Yardım etmək istəyənlər uşağın ailəsi ilə əlaqə saxlaya bilərlər. +99451 669 28 16, +99451 669 28 17
Fatimə özü də şəxsən Mübariz bəyə səslənərək ondan kömək istəyir.
Nia.az həmin videonu sizlərə təqdim edir.
BAKU.WS
Oxşar xəbərlər
Balaca Aişənin əməliyyat edilməsinə 70 min dollar lazımdır (VİDEO)
Balaca Aişənin əməliyyat edilməsi lazımdır. Əməliyyat xərcinin qarşılanması üçün valideynlərin maddi dəstəyə ehtiyacı var. BAKU.WS-in məlumatına görə, tələb ol...