6 aylıq Ayanı yaşadaq (FOTO, VİDEO)

6 aylıq Ayanı yaşadaq (FOTO, VİDEO)
Video
Sosial 3645
6 aylıq Ayan dünyaya gələndən təxminən 10 gün sonra ağır xəstəliyə tutulub. BAKU.WS-in məlumatına görə, həkimlər Ayanın xəstəliyi ilə bağlı düzgün diaqnoz qoya bilmirlər. Körpənin anası Günel xanım deyir ki, uşaq dünyaya gələrkən belə problem olmayıb. “Yanaqlarında sadəcə qırmızı səpgilər var idi. 2 saylı doğum evində 3 gün antibiotik vurulub. Evə gətiriləndən sonra 1 həftə - 10 gündən sonra dərisində qabıqlanma baş verib. Hər dəfə həkimə aparanda uşağın vəziyyəti daha da pisləşirdi”, - deyə ana qeyd edib. Günel xanımın sözlərinə görə, dermatoloqlar biopsi analizlərinə ehtiyacın olmadığını bildiriblər. Bəzi həkimlər ixtioz dəri xəstəliyi diaqnozu qoyublar. Ana deyir ki, bu xəstəliyin əlamətləri uşaqda yoxdur: “Biz antibiotiklərin vurulmasından şübhələnirik. Uşağın qarın nahiyəsindən ətinin bir hissəsini kəsib Türkiyəyə analizə göndərdik. Cavab 4 həftəyə gələcək”, - deyə ana bildirib. Ailənin maddi vəziyyəti o qədər də ürəkaçan deyil. Balaca Ayanın müalicəsi üçün ailənin pula ehtiyacı var. Ayanın həyatda qalması üçün maddi kömək etmək istəyənlər aşağıdakı bank hesabından yararlana bilər. Bank Respublika: 380194402358317101 (Elməddin Elxan oğlu Həsənov - uşağın atası) Şəxsiyyət vəsiqəsi: AZE 13433708 Elxan Həsənovun telefon nömrəsi: +99455 782 38 78 BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər