Azərbaycanda faciə: 7 yaşlı uşağın beyni quruya bilər (FOTO, VİDEO)

Azərbaycanda faciə: 7 yaşlı uşağın beyni quruya bilər (FOTO, VİDEO)
Video
Şou-biznes 2144

 

7 yaşlı İlfanın bir gözü yoxdur, digəri isə tutulmaq təhlükəsi ilə üzləşib. İlfan Mustafayev dünyaya göz açarkən beynində qan sızması yaranıb. Həkimlərin diaqnozuna görə, o, serebral iflic olub. Bu xəstəlik birbaşa beyinlə bağlı olduğuna görə uşağın hərəkətlərində də problem var. Bununla bağlı müalicə olunub. Lakin, 7 aylıq olarkən İlfanın gözləri çəpləşməyə başlayıb.

İlfanın anası Nigar Mustafayeva BAKU.WS-ə açıqlamasında övladının vəziyyəti barədə məlumat verib. Talehsiz ana deyir ki, oğlunun sağ gözü xərçəng xəstəliyi diaqnozuna görə tutulub. Əməliyyat Zərifə Əliyəva adına göz klinikasında baş tutub: "Həkimlər kimya terapiya məsləhət görüb. Əks halda bu xəstəlik bəd xassəli olduğuna görə beyinə və yaxud o biri gözə keçə bilər. İndi həmin gözə pratez göz yazıblar ki, yeri boş qalmasın. Çünki soyuq olsa çirk yığıla bilər. O biri sol gözü isə göz sinirinin atrafiyası diaqnozu qoyulub. Həmin göz də müalicə olmasa balam kor ola bilər. Üçüncü xəstəliyi isə beyinlə bağlıdır. Oğlumun beyininə yerimə siqnalı çatmadığı üçün yerimir. Hazırda balaca balam Bakı klinikasında müalicə alır".

Nigar xanım söyləyir ki, bu xəstəliyin müalicəsini, əməliyyatını və kimya terapiyasını etdirmək üçün maddi imkanı yoxdur. Kirayədə yaşayan xanım deyir ki, İlfanın atası bu xəstəliyə görə onları atıb. İlfan barəsində Xəzər TV bir neçə ay əvvəl sujet hazırlayıb və 10 min 400 dollar vəsait yığılıb, ancaq İlfanın xaricdə kimya terapiyası üçün 15 min dollar tələb olunur. Yerdə qalan 4600 dolları yığmaq üçün köməyinizi əsirgəməyin.

İlfanın anası Nigar Mustafayeva - 051 696 37 36

Nazim Babayev

BAKU.WS

Son xəbərlər