Millət vəkilləri MTK-lar tərəfindən kommunal xərclərin qaldırılmasına etiraz etdi - VİDEO

Millət vəkilləri MTK-lar tərəfindən kommunal xərclərin qaldırılmasına etiraz etdi - VİDEO
Video
Video 2076

Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında millət vəkilləri yeni tikilən binalarda Mənzil Tikinti Koperativləri tərəfindən kommunal qiymətlərin artırılmasına etiraz ediblər. 

BAKU.WS xəbər verir ki, bununla bağlı çıxış edən millət vəkilləri yeni binalarda kommunal qiymətlərin tənzimlənməsinin vacibliyini bildiriblər. Çıxış edən millət vəkilləri heç bir əsas olmadan MTK-lar tərəfindən kommunal xərclər adı ilə aylıq ödənişlərin fantastik dərəcədə qaldlırıldığını, hətta bəzi yerlərdə 200 manata qədər artırıldığını bildiriblər.  

Millət vəkilləri bunun qarşısını almaq üçün MTK-ların ləğvini tıklif ediblər. Müzakirələrin sonunda Mənzil Məcəlləsinə dəyilik edilib. Dəyişikliyə əsasən, gələcəkdə MTK-lar müştərək cəmiyyətə çevriləcək.

BAKU.WS

Son xəbərlər