Kirayə mənzil bazarında SON VƏZİYYƏT - VİDEO
15
yan
2019
22:56
Paytaxtın kirayə mənzil bazarında qiymətlər dekabr ayından başlayaraq artıb. Bu sahədə 10-20 faiz arasında bahalaşma qeydə alınıb.BAKU.WS Xəzər TV-yə istinadən bildirir ki, ən çox qiymət artımı ənənəvi olaraq şəhərin mərkəzi hissəsində - Neftçilər prospektində və bulvara yaxın ərazilərdə müşahidə edilir. Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyir ki, bu ərazilərdə 2 otaqlı mənzilin 1 aylıq kirayəsi 600-800, hətta bəzi hallarda 1000 manata qədər çıxır.Qiymət artımı mərkəzdən kənar zonalarda da müşahidə edilir. Ekspertin sözlərinə görə, Bakının 2-ci və 3-cü zonalarında 2 otaqlı ən ucuz kirayə mənzilin qiyməti 300 manatdan başlayır.Ekspert bahalaşmanı bir sıra səbəblərlə izah edir.Bahalaşma tendensiyasının Novruz bayramına qədər davam edəcəyi bildirilir. Qiymətlərin yay aylarında düşmə ehtimalı var.BAKU.WS
Oxşar xəbərlər
Bakının mənzil bazarında bahalaşma var
2018-ci ilin oktyabr ayında Bakıda mənzil bazarında qiymət artımı baş verib. BAKU.WS xəbər verir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktor...