Kirayə mənzil bazarında durğunluq: səbəb nədir? - VİDEO

Kirayə mənzil bazarında durğunluq: səbəb nədir? - VİDEO
Video
Video 1822
İki həftəyə yaxındır, kirayə mənzil bazarında stabillik müşahidə edilir. BAKU.WS xezerxeber.az-a istinadən bildirir ki, yayın sonlarında yaşanan canlanma durğunluqla əvəzlənib. Rieltorlar deyirlər ki, mənzillərə tələbat qışa doğru azalır. Ona görə də ötən ayla müqayisədə indi ev tapmaq daha asandır. Ancaq mənzil kirayəsi bazarındakı durğunluq qiymətlərə təsir etməyib. Mənzillər elə yaydakı qiymətə təklif edilir. Ekspertlər hesab edirlər ki, əgər mənzillərə tələbat azalmaqda davam etsə, qiymətin bir müddətdən sonra enməsi gözlənilir. Ekspertlərin sözlərinə görə, hazırda bazarda istənilən qiymətə mənzil kirayələmək olar. Qiymətlər mənzillərin təmirindən və yerləşdiyi ərazidən asılı olaraq dəyişir. Statistikaya əsasən, ən çox tələbat ikiotaqlı mənzillərədir. Rieltorlar deyirlər ki, əşyası ilə birlikdə təklif edilən mənzillər 50-70 manata qədər daha baha olur. BAKU.WS

Oxşar xəbərlər

Bakıda kirayə mənzillər iki dəfə bahalaşdı

Bakıda kirayə mənzillər iki dəfə bahalaşdı

Dərs ilinin başlamasına az qalmış kirayə mənzillərin qiyməti artıb. Xüsusilə ali təhsil məktəblərinə yaxın ərazilərdəki kirayə mənzillər iki dəfəyə qədər bahala...

2236 Sosial 14:04 23 avqust 2017

Son xəbərlər