Kartof, soğan və kələmin gömrük rüsumları artırıldı - Qiymətlər ucuzlaşacaq (VİDEO)
10
apr
2019
08:05
"Azərbaycanda kartof, soğan və kələm kimi kənd təsərrüfatı məhsularının heç bir səbəb olmadan real dəyərindən baha satılması bu məhsulların ixracına qoyulan rüsumun artırılmasını vacib edib. Amma bu, müvəqqəti xarakter daşıyır''. Bu sözləri ''Xəzər Xəbər''ə müsahibəsində Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov deyib.Mirqasım Vahabovun sözlərinə görə, kartofun ixracı ötən il ərzində də çox olmayıb. Bu rəqəm ötən il 66 min tondan biraz çox olub. Amma yerli bazarda qiyməti tənzimləmək üçün həm də bir çox ölkədən idxala tətbiq edilən rüsuma da güzəşt edilir.Gömrük rəsmisi bildirib ki, dövlət üçün ixrac siyasəti vacib olsa da, bunun ölkə əhalisinə ziyan vurmamasına xüsusi diqqət yetirilir. Bütün amillər nəzərə alındıqda hazırda ölkə bazarında satılan bu məhsulların qiymətinin suni şəkildə artırıldığını görmək olur. Bu isə ölkə əhalisinə mənfi təsir göstərir.Bu qərarın yerli bazara hansı formada təsir edəcəyini yaxın günlərdə görmək mümkün olacaq.BAKU.WS
Oxşar xəbərlər
Kartof və soğanın bahalaşması ilə bağlı nazirliklər hərəkətə keçdi
Məlum olduğu kimi, son vaxtlarda daxili bazarda kartof, soğan və kələmin qiymətində ciddi artım baş verib.İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərindən BAKU...