Nazirdən kartofun gömrük rüsumunun arıtılmasına münasibət
12
sen
2018
13:54
Azərbaycanda kartof istehsalı ölkə tələbatını iki dəfə üstələyir.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov deyib.Nazir qeyd edib ki, cari ildə təqribən 900 min ton kartof istehsal olunub.Bu yaxınlarda kartofa görə gömrük rüsumunun artırılmasına münasibət bildirən İ.Kərimov vurğulayıb ki, bu addım yerli məhsulun sabit qiymətini təmin etməyə və yerli istehsalçıların maraqlarını qorumağa xidmət edir.Qeyd edək ki, Azərbaycana idxal edilən kartofun gömrük rüsumu iki dəfə artırılaraq 15 faizdən 30 faizə çatdırılıb. Bu, hər il yanvarın 1-dən iyunun 30-dək idxal olunan kartofa aiddir.BAKU.WS
Oxşar xəbərlər
Nazirlikdən kartofun qiymətinin bahalaşması xəbəri ilə bağlı açıqlama (VİDEO)
"Azərbaycana idxal edilən kartofun gömrük rüsumunun iki dəfə artırılması kartofun qiymətində artıma səbəb olmayacaq".Bunu REAL-a müsahibəsində Kənd Təsərrüfatı...