Azərbaycana idxal edilən vertolyot və təyyarələr gömrük rüsumundan azad edilib
20
dek
2017
00:59
Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən vertolyotlar, təyyarələr, kosmik aparatlar (peyklər daxil olmaqla) və paraşütlər gömrük rüsumundan tam azad edilib.APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən bu mallar hazırda 0,50 faiz idxal gömrük rüsumuna cəlb edilir.
Oxşar xəbərlər
Bu məmulatlar gömrük rüsumundan azad edildi
Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən külçə, silindrik tökmə və ya digər ilkin formalarda poladlıq və güzgü çuqun, ferroərintilər, elektrotexniki pol...