Həkimə gedərkən vaxt limiti bitərsə nə edək? - VİDEO
“Həkimlər müəyyən xəstəliyi olan şəxslərlə (Məsələn, onkoloji xəstəliyi olanlar, dializ xəstələri və s.) bağlı məsələyə səbrlə yanaşmalı və 2 saatdan artıq müddətdə qalan vətəndaşlara hər dəfə arayış verməlidirlər”
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycana Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bildirib.
Qurum rəsmisi müəyyən xəstəliyi olan şəxslərin 8103-ə 1 yazaraq icazə almasından sonra icazə müddətindən uzanması məsələsinə aydınlıq gətirib.
“Aidiyyətli qurumların əməkdaşlarının yoxlaması zamanı vətəndaşlar karantin rejimi müddətində tibb müəssisələrində 2 saatdan artıq qalacaqsa, bununla bağlı arayış təqdim etməlidirlər.
Digər halda bu, karantin rejiminin pozulması sayılacaq.
Bu cür məhdudiyyətlərə yer verməsək, bu, sui-istifadə hallarına gətirib çıxara bilər.
Ona görə də bütün tərəflərdən bu qaydalara əməl etmələri xahiş olunur".
Oxşar xəbərlər
Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verildi - FOTO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. BAKU.WS xəbər verir ki, dövlətimizin b...