Hamı Rəsula görə səfərbər oldu - "TRT SPOR" ondan süjet hazırladı (VİDEO)

29
yan
2018
16:55
Azərbaycanlı yeniyetmə Rəsul Rəsulov haqqında "TRT SPOR" kanalında sujet yayımlanıb. BAKU.WS-in məlumatına görə, "Beşiktaş" klubunun fanatı olan Rəsulun ən böyük arzusu klubun stadionunda bir derbi oyunu izləməkdir. Fiziki qüsurlu olan Rəsul "Beşiktaş"ı bütün futbolçularının doğum gününü biləcək qədər çox sevir. Ailəsinin dəstəyi ilə təhsilini davam etdirir. Onun müalicəsi üçün çox vəsait lazımdır. Ən azı 4 illik vaxt tələb olunur. Rəsulun anası "Beşiktaş"ın rəhbərliyindən övladına yardım etmələrini xahiş edir. Qeyd edək ki, sosial şəbəkədə aparılan kampaniyadan sonra "TRT SPOR" yeniyetmə barədə sujet hazırlayıb. ŞahinBAKU.WS
Oxşar xəbərlər
Olimpiya stadionunu "Beşiktaş"a dəstək verdi: Türkiyə "Sağol Qardaş" yazdı (VİDEO)
Bakı Olimpiya Stadionunu “Beşiktaş” klubunu dəstəkləyib. BAKU.WS-in məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Beşiktaş” ö...