"Beşiktaş" Azərbaycana gəlir: klublarımızla 2 qarşılaşma olacaq

22
avq
2017
11:16
İstanbulun "Beşiktaş" futbol klubu Azərbaycana gələcək.Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Beşiktaş" gələn ilin mart ayında milli çempionatlara veriləcək fasilə ilə əlaqədar olaraq Azərbaycanda yoldaşlıq oyunu keçirməyi planlaşdırır.Qeyd olunur ki, ölkəmizdə bir və ya 2 yoldaşlıq görüşü keçirməklə bağlı razılıq əldə olunarsa, "qara qartallar" 3 günlük Azərbaycana gələcək.Hazırda "Beşiktaş" rəhbərliyinin Azərbaycan tərəfi ilə danışıqlar apardığı bildirilir.Bundan başqa, İstanbul klubu yaxın vaxtlarda Bakıda idman mağazası açmağı planlaşdırır.BAKU.WS
Oxşar xəbərlər
Ərdoğan Azərbaycana gəlir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin vaxtı məlum olub.BAKU.WS-in Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, Türkiyə prezidenti s...
