İcra hakimiyyətlərinin bu səlahiyyətləri ləğv edilib - VİDEO
Bakıda icra hakimiyyətlərinin tikinti ilə bağlı bir sıra səlahiyyətləri ləğv edilib. Bundan sonra pilot layihələrin də tikintiyə icazə icraatı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib.
Söhbət şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülməsi və yenidən qurulması məqsədi ilə tikilən binalardan gedir.
Nazirlər Kabinetinin qərarı ilə əvvəllər nəzarət prosesini icra hakimiyyətləri həyata keçirirdilərsə, artıq bu işə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nəzarət edəcək.
Komitənin mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğlunun sözlərinə görə, bu zərurətin yaranmasına səbəb aparılan tikinti işlərinə vahid nəzarətin təşkildiir.
Amma tikintiyə icazə və digər razılıq sənədləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilsə də istismara icazə sənədinin verilməsini rayon icra hakimiyyətləri həyata keçirəcək.
Qeyd edək ki, ləğv edilən səlahiyyətlər Bakının rayonlarının icra hakimiyyətlərinə 5 il müddətinə verilmişdi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Oxşar xəbərlər
İcra Hakimiyyətlərinin bu səlahiyyətləri ləğv edildi
Bakı şəhər rayonlarının İcra hakimiyyətlərinin mülki, mənzil və şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə x...