Şəhərin ümumi görünüşünə xələl gətirən binalar söküləcək - FƏRMAN
Prezident İlham Əliyev Bakı şəhərində dövlət şəhərsalma fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb.
BAKU.WS xəbər verir ki, fərmanda deyilir:
1. Müəyyən edilsin ki, Bakı şəhərinin rayonlarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının yenidən qurulması (o cümlədən sökülərək yerində yeni bina inşası) ilə bağlı Bakı şəhəri rayonlarının icra hakimiyyətləri tərəfindən 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam verilmiş tikinti niyyətlərinə (layihələrinə) münasibətdə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə riayət edilməklə, həmin tikinti obyektinin yerləşdiyi ərazi üzrə:
1.1. ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılması sənədlərinin hazırlanmasını və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla təsdiqini;
1.2. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılığı ilə tikinti obyektlərinin tikintisinə icazə verilməsini;
1.3. tikinti obyektlərinin istismarına icazə verilməsini Bakı şəhərinin müvafiq rayon icra hakimiyyəti həyata keçirir.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Oxşar xəbərlər
Bakıda qəzalı vəziyyətdə olan evlərin yerində tikiləcək binalarla bağlı tələb dəyişib
Nazirlər Kabineti “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətlə...