Çimərliklərlə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ (VİDEO)

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib.
BAKU.WS-in FHN-in saytına istinadən verdiyi məlumata görə, müraciətdə bildirilib ki, nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, çimərlikdə balıq tutmaq və xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır.
Müraciətdə qeyd olunub ki, çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir.
"Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir. Çimərliklərdə istirahət saat 09.00-dan 20.00-dək daha təhlükəsizdir. Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin”, - müraciətdə deyilir.
BAKU.WS
Oxşar xəbərlər
Bakı çimərliyində qəribə hadisə - Turisti paltarsız qoydular
Bakıda çimərlikdə turistin əşyaları oğurlanıb. BAKU.WS lent.az-a istinadən xəbər verir ki, Şıxov qəsəbəsi, Salyan şosesi 32 ünvanındakı çimərlikdə Əfqanıstand...
