Bakı çimərliyində faciə: qarğıdalı satan gənc batan şəxsi xilas edərkən...

Bakı çimərliyində faciə: qarğıdalı satan gənc batan şəxsi xilas edərkən...
Hadisə 4352

 

Bakıda "Şıxov" çimərliyində bədbəxt hadisə baş verib. 

BAKU.WS aznews.az-a istinadən bildirir ki, çimərlikdə 2 nəfər batıb. Hadisə şahidlərinin sözlərinə görə, ilk öncə 2 oğlan batmaq təhlükəsi ilə üzləşib. Çimərlikdə kiçik ticarətlə məşğul olan - qarğıdalı satan Zamin adlı 20 yaşlı gənc onları xilas etmək üçün dənizə girib. Həmin şəxs oğlanlardan birinin həyatını qurtara bilib. Lakin batmaq təhlükəsi yaşayan ikinci şəxsin həyatını qurtarmaq üçün cəhdi uğursuz olub, bədbəxt hadisə baş verib.

Belə ki, Qobustan sakini olan həmin şəxsin özü də suda boğulub. 

Onun meyiti sudan çıxarılsa da, digər şəxsin meyti tapılmayıb. 

Məlumata görə, hadisə yerinə təcili tibbi yardım və xilasedicilər çağırılsa da, onlar hələ də sözügedən əraziyə gəlməyiblər.

BAKU.WS

Oxşar xəbərlər

Bulvarda dənizə yıxılan qızı xilas etmək istəyən oğlan boğuldu

Bulvarda dənizə yıxılan qızı xilas etmək istəyən oğlan boğuldu

Avqustun 16-da saat 14.30 radələrində Bulvarda daha bir intihara cəhd hadisəsi baş verib. BAKU.WS qaynarinfo-ya istinadən bildirir ki, bu barədə Bakı Bulvar Mü...

6125 Hadisə 08:25 17 avqust 2016

Son xəbərlər