Bakı çimərliyində qəribə hadisə - Turisti paltarsız qoydular
24
iyl
2017
09:03
Bakıda çimərlikdə turistin əşyaları oğurlanıb.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, Şıxov qəsəbəsi, Salyan şosesi 32 ünvanındakı çimərlikdə Əfqanıstandan olan turist, 1972-ci il təvəllüdlü Məhəmmədi Məhəmmədəşrəf Məhəmmədəkrəm oğlunun iki telefonu və paltarları naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.
Çıxılmaz vəziyyətdə qalan turist çimərlikdəki digər şəxslərin köməkliyi ilə paltarla təmin olunub və o, daha sonra polis bölməsinə gedərək başına gələnlərlə bağlı şikayət ərizəsi yazıb.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda mağazadan 22 min manatlıq mal oğurladılar
Bakıda avtomobil ehtiyat hissələri mağazasından külli miqdarda dəyəri olan mal oğurlanıb. BAKU.WS lent.az-a istinadən bildirir ki, Xətai rayonu Babək prospekti...