Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət etdi (Video)

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət etdi (Video)
Sosial 2162

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti ünvanlanıb.  

BAKU.WS-in verdiyi xəbərdə bildirilir: "Hər birimiz üçün əziz olan Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir: 

bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;

tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;

tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;

tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;

yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Arzu Mirzəyeva

BAKU.WS

Oxşar xəbərlər

FHN-dən icazə alınmayacaq

FHN-dən icazə alınmayacaq

Bakıda Novruz bayramı ilə əlaqədar qurulan bayram yarmarkaları üçün nəzərdə tutulan çadırlar üçün Fövqəladə Hallar Nazirliyindən icazə alınmayacaq. BAKU.WS x...

2767 Sosial 22:32 06 mart 2017

Son xəbərlər