Novruz bayramı ilə əlaqədar əhaliyə xəbərdarlıq (VİDEO)

Novruz bayramı ilə əlaqədar əhaliyə xəbərdarlıq (VİDEO)
Video
Şou-biznes 1525

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib. BAKU.WS FHN saytına istinadən xəbər verir ki, Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir: - bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır; - tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır; - tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır; - tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər; - yandırılan şamlar nəzarətsiz qalmamalıdır. Təhlükə zamanı 112-yə zəng edin! BAKU.WS

Oxşar xəbərlər

Novruz bayramında şagirdlər daha çox dincələcəklər

Novruz bayramında şagirdlər daha çox dincələcəklər

Azərbaycan Təhsil Nazirliyi Novruz bayramı ilə əlaqədar şagirdlər üçün necə gün dərs gününün olmayacağına aydınlıq gətirib. Nazirlikdən BAKU.WS-ə verilən məlum...

2208 Şou-biznes 09:25 20 fevral 2016

Son xəbərlər