Çavuşoğlu erməni deputatı verdiyi suala peşman etdi: "Qarabağı mən işğal etdim?"

Çavuşoğlu erməni deputatı verdiyi suala peşman etdi: Qarabağı mən işğal etdim?
Video 2575

 

NATO Parlament Assambleyasının 62-ci sessiyasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sərt açıqlamalaer verib. 

BAKU.WS-in məlumatına görə, Ermənistan parlamentinin deputatı Koryun Nahapetyanın "Türkiyə İŞİD-ə dəstək verir” ittihamına cavab verən Çavuşoğlu bunları deyib:

"İŞİD terrorçularına qarşı Türkiyə ən sərt şəkildə mübarizə aparır. Sizi dinləyəndə adama elə gəlir ki, sanki bir sülh mələyisiniz. Mən sizə bir sual vermək istəyirəm. Birləşmiş Millətlər Təşkilatının qətnamələrində, sizin üzv olduğunuz bütün qərarlarda sizin Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyiniz yoxdur? Qarabağı mən işğal etdim? Siz işğal etdiniz. Buradan niyə çəkilmirsiniz? Sizə bir təklifdə etdik. "Buradan çəkilsəniz sərhədləri açarıq" dedik. "Azərbaycanı niyə şərt qoyursunuz?" dediniz. Biz də dedik ki, Azərbaycan bizim qardaş ölkəmizdir. Biz bir millət, iki dövlətik. Azərbaycanın problemi, bizim problemimizdir".

Şahin Həbibov

BAKU.WS 

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər