Mövlud Çavuşoğlunun 5 rayon qaytarılır açıqlamasına Azərbaycandan İLK REAKSİYA
"Rusiya Mövlüd Çavuşoğlunun dediyi kimi Azərbaycanın işğal altındakı 5 rayonunun boşaldılmasını dəstəkləyirsə onda niyə bu məsələnin həllini yubanır və Kreml rəsmi İrəvana təzyiq etmir?"
BAKU.WS xəbər verir ki, bunu Türkuiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun işğal olunmuş azərbaycan rayonlarından beşinin qaytarılması haqqında razılıq əldə olunması ilə bağlı açıqlamasını şərh edən politoloq Elxan Şahinoğlu deyib.
Onun fikrincə, vəziyyət heç də Türkiyə xarici işlər nazirinin dediyi kimi deyil. "Ola bilər ki, rusiyalı diplomatlar 5 rayonun azad olunması məsələsiylə bağlı Mövlüd Çavuşoğlu ilə hansısa fikir mübadiləsi aparıblar, ancaq problem ondadır ki, bu baş vermir. Əksinə Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin son toplantısında dedi ki, böyük dövlətlər Dağlıq qarabağın "müstəqilliyinin” tanınması məqsədilə rəsmi Bakıya təzyiq edirlər. Demək ki, Rusiya 5 rayonun qeyd-şərtsiz azad olunmasına razı deyil, bunun əvəzində Dağlıq Qarabağda referendumun keçirilməsini istəyir. Bu isə Azərbaycanın maraqlarına ziddir. Mövlud Çavuşoğlu son açqıalamasıyla hamını çaş-baş salıb. Azərbaycam cəmiyyətinə gerçək olmayan ümid vermək lazım deyil. Növbəti 5 ay da "Rusiya 5 rayonu azad edəcək” ümidi ilə yaşamalıyıq?"
KÜRŞAD ƏLİ
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycandan Türkiyəyə dəstək mesajı
"Azərbaycan qardaş ölkə kimi daim Türkiyənin yanındadır". Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bunu...