"Besedka"da yaşayan ailə ilə bağlı ŞOK İDDİA: Dövləti şantaj edirlər - VİDEO, FOTO

Besedkada yaşayan ailə ilə bağlı ŞOK İDDİA: Dövləti şantaj edirlər - VİDEO, FOTO
Video
Video 14903
Paytaxt Bakıda dörduşaqlı ailə çöl həyatı yaşayır. BAKU.WS xəbər verir ki, ata Tarverdi Sayadov (6.04.1960), ana Leyla Sayadova (25.09.1983) azyaşlı uşaqları Əfsanə Sayadova (04.01.2009), Miryusif Sayadov (15.10.2012), Fatimə Sayadova (02.05.2014) və Mustafa Sayadovla (23.11.2016) birlikdə 6-cı mikrorayon ərazisində binaların həyətindəki "besedka"da məskunlaşıb. Dediklərinə görə, bir neçə il əvvəl eks mer Hacıbala Abutalıbovun göstərişi ilə Binəqədi rayonunda yerləşən yataqxanaya yerləşdiriliblər. Bu ilin yanvar ayında yataqxana sökülüb və küçədə qalıblar. Ailənin böyük qızı - 9 yaşlı Əfsanə 246 saylı orta məktəbdə oxuyur, əlaçıdır. Böyük oğlu - 6 yaşlı Miryusif Hepatit C xəstəsidir. Digər uşaqlar isə 4 və 2 yaşlarındadır. Evsiz-eşiksiz olduğunu, dövlətdən sosial yardım ala bilmədiyini deyən ailənin gündəlik ərzaq tələbatını və digər ehtiyaclarını onlara acıyan xeyirxah insanlar təmin edir. 35 yaşlı Leyla Sayadova 1-ci qrup əlildir. Bərdədə doğulub, anası vəfat etdikdən sonra Xocalıda yaşayan bibisinin himayəsinə verilib. Xocalı faciəsində 2 gün erməni mühasirəsində olduğunu deyir: "Xocalı faciəsində 2 gün erməni mühasirəndə olmuşam. Qolumda, qıçımda qəlpələr var. Tüfənginin qundağı ilə başımdan vurulan zərbədən başımın bir tərəfi dağılmışdı. Bir gözüm görmür, digər gözüm isə kor olmaq üzrədir. 3 dəfə cərrahiyyə əməliyyatı keçirib, başının bir hissəsi silikondur". Leyla Sayadova Bərdə rayonunda, həyat yoldaşı Tarverdi isə Qobustan rayonu Nərimankənd kəndində qeydiyyatdadır. O, deyir ki, 2006-cı ildə rəsmi nikaha daxil olduqdan sonra həyat yoldaşı köçkün olmadığı üçün köçkünlük statusu əlindən alınıb. Bununla da köçkünlər üçün nəzərdə tutulmuş imtiyazlardan məhrum edilib. "Əlilliyimə görə 140 manat pensiya alıram. Yataqxanada yaşayanda yoldaşım arada-bir fəhləlik edirdi. Özü 2-ci qrup əlildir. Qarabağda döyüşüb. 4 il 7 ay döyüşüb. Buna baxmayaraq veteran vəsiqəsi yoxdur. Qarabağda döyüşdüyünü sübut etmək üçün məhkəməyə müraciət etməliyik. Düzü istədik bunu edək, amma döyüş yoldaşlarının çoxu həlak olduğundan fikrimizdən daşındıq. Yoldaşımın həqiqətən də müharibə iştirakçıısı olduğunu sübut edən faktlar var, sadəcə maddi imkanımız olmadığından bunları edə bilmirik".
Dörd uşaq anası, I qrup əlil Leyla Sayadova Yerli sakinlə rəsmi nikaha girmiş qadının problemi artıq “Qaçqınkom”u maraqlandırmır Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti Departamentinin direktoru İbrahim Mirzəyev BAKU.WS-ə açıqlamasında, yerli sakinlə rəsmi nikaha girmiş köçkün qadının köçkünlük statusu ləğv olunmadığını bildirdi: "Status qalır, lakin vahid aylıq müavinətin verilməsilə bağlı qanuna əsasən, yerli sakinə ərə getmiş qadının nə özü, nə uşaqları müavinət ala bilməz. Qadın boşandıqdan sonra da bu imtiyaz geri qayıtmır. Yəni, ananın köçkün statusu saxlanılsa da, bu imtiyazlar geri qayıtmır”. Yerli vətəndaşla rəsmi nikaha girməklə imtiyazlardan məhrum olan Leyla Sadayeva kömək üçün H.Əliyev Fonduna müraciət edib. Fonddan göndərilən məktubda ailənin probleminin həlli üçün Binəqədi rayon İcra Hakimiyyətinə göstəriş verilib. Ana yalan danışır, qaçqın statusu yoxdur və olmayıbMəsələ ilə əlaqədar Binəqədi rayon İcra Hakimiyyətindən BAKU.WS-ə verilən açıqlamada, ana Leyla Sayadovanın köçkün statusunun olmadığı bildirildi:"Dediyiniz ailə dəfələrlə qəbulumuzda olub, dəfələrlə maddi yardım göstərilib. Leyla Sayadova deyir qaçqınam, Qaçqınlarla iş üzrə Dövlət Komitəsinə sorğu verdik, təqsdiqini tapmadı. Elə bir şəxsin qaçqın statusunun olmadığı bildirildi. Qadın ümumiyyətlə heç bir sənəd təqdim edə bilmir. Ailənin sosial yardım üçün uçota durmaq hüququ var. Amma nə qədər desək ki, nə uşaqların, nə də özünün sənədlərini təqdim etmir. Anaya təklif etdik ki, uşaqları dövlət və ya qeyri-dövlət təşkilatların uşaq sığınacağına yerləşdirək. Qətiyyətlə razı olmadı. Hazırda bu ailə ilə bağlı araşdırmalarımız davam etdiyindən, qəti qərar verə bilmirik. İstənilən halda uşaqların mənafeyini üstün tutacağıq".

Son xəbərlər