Xocalıda bütün ailəsi şəhid olan, 4 yaşında əsir düşən Mehdinin toyu oldu (FOTO)
10
dek
2017
09:21
Bu gün Xocalı soyqırımı zamanı hər iki valideynini itirən 25 nəfərdən biri - Mehdi Əliyev ailə həyatı qurub. BAKU.WS Modern.az-a istinadla xəbər verir ki, toy mərasimi Goranboy rayonunun Ağcakənd qəsəbəsindəki "Ramal" şadlıq sarayında olub. Mehdi Əliyev yeganə şəxsdir ki, Xocalı soyqırımı zamanı bütün ailə üzvləri erməni quldurları tərəfindən qətlə yetirilib.Ötən gün ailə quran Mehdi Əliyev polis əməkdaşıdır. Toy mərasimində də daxili işlər nazirliyinin rəhbərliyinin xüsusi qayğısı hiss olunub. Bu da onu göstərir ki, bu insanlar Xocalı soyqırımı zamanı ailə üzvlərini itirsələr də, dövlətimizin qayğısı altındadırlar.Qeyd edək ki, Xocalı soyqırımı zamanı hər iki valideynini itirən 25 nəfərin hər biri Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi qayğısı altındadır. Həmin gənclərin hər biri mənzillə təmin olunub. Yeni ailə quran Mehdi Əliyevə də Ağcakənd qəsəbəsində tam təmir olunan mənzil verilib.BAKU.WS
Oxşar xəbərlər
Xocalı soyqırımının 25 ili tamam olur
Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 25 ili tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusi...