Əli Əhmədov Xocalıda hər iki valideynini itirən 25 uşağa ev verilməsinə münasinət bildirib

Əli Əhmədov Xocalıda hər iki valideynini itirən 25 uşağa ev verilməsinə münasinət bildirib
Sosial 1519
 

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov Xocalı soyqırımı nəticəsində hər iki valideynini itirən 25 uşağın mənzillə təminatına münasibət bildirib.

BAKU.WS-in Trend-ə istinadən verdiyi xəbərdə bildirilir ki, Baş nazirin müavini jurnalistlərə Qarabağ müharibəsi şəhidlərinin, bu müharibə nəticəsində ziyan çəkən insanların hər birinin həyat şəraitinin təmin olunması üçün Azərbaycan dövləti lazımi addımlar atır və imkanı daxilində bütün tədbirləri gördüyünü deyib.

Ə.Əhmədov qeyd edib ki, Xocalı soyqırımı nəticəsində evsiz-eşiksiz qalan insanlara da bütün zəruri köməkliklər göstərilir, onlar üçün şərait yaradılır:

"Güman edirəm ki, bütün lazımi tədbirlər görülüb. Hesab edirəm ki, əgər diqqətdən kənar qalan kimsə varsa və belə məsələ qaldırılarsa, Azərbaycan hökuməti buna müsbət yanaşacaq”

Arzu Mirzəyeva

BAKU.WS

Son xəbərlər