Bazarda pomidor və xiyarın qiyməti niyə ucuzlaşmır? - VİDEO
Ötən ilin bu dövründə 30-40 qəpiyə satılan pomidor və xiyarın qiyməti bazarlarda demək olar ik, ikiqat bahalaşıb.
BAKU.WS Xezerxeber.az-a istinadən məlumat verir ki, ən ucuzu 70 qəpikdən başlayan pomidor məhsulu hətta bəzi yerlərdə 4 manata satılır. Qiymət artımını satıcılar da təsdiqləyir. Səbəbini isə hərə bir cür izah edir.
Xiyarın qiymətləri isə ən aşağı 50 qəpikdən başlıyır. Yuxarı qiyməti isə hətta 3 manata olanı da var. Alıcılar da son günlər pomidor və xiyarın qiymətlərində bahalaşma olduğunu bildirirlər.
Ortaq fikir isə ondan ibarətdir ki, qiymətlərin baha olması bu il xiyar və pomidorun məhsuldarlığının aşağı olması və xaricə ixracın artmasıdır. Buna görə də bazarlarda həmin məhsulların bahalaşması müşahidə olunur.
BAKU.WS
Oxşar xəbərlər
Pomidorun qiyməti kəskin ucuzlaşdı
Bazarlarda pomidorun qiyməti kəskin ucuzlaşıb. BAKU.WS məlumat verir ki, bir neçə günün içində pomidor 3-4 dəfə ucuzlaşıb. Pomidorun qiymətininin belə ucuzlaş...