Bakının yeni tikilən məscidindən SON GÖRÜNTÜ: Yekun işlər görülür (VİDEO)

Bakının yeni tikilən məscidindən SON GÖRÜNTÜ: Yekun işlər görülür (VİDEO)
Video
Video 2371
Abbas Mirzə Şərifzadə küçəsində yerləşən “Hacı Cavad” məscidinin tikintisi işləri davam edir. BAKU.WS-in məlumatına görə, məscidin artıq böyük hissəsi tikilib qurtarıb. Tikinti işlərinə nəzarət edən sahə rəisi Ocaqverdiyev Kənan BAKU.WS-ə bildirib ki, məscidin istifadəyə verilməsinin tarxini demək hələ ki, mümkün deyil. “Məscidin fasadında aqlay işləri tamamlanıb. Minarə hissəsindəki işlərə hal-hazırda yekun vurulub. Məscidin içində ağartma işləri gedir. İçəridə santexnik, elektrik işləri görülür. Artıq kanalizasiya, kommunikasiya xətti çəkilib və hazırdır. Binanın gümbəzində alçıpan işləri gedir. İçməli su ambarı hazırdır. İçəridən və çöldə abadlıq işləri görülür. Hasar hörülüb və artıq hazırdır”. Qeyd edək ki, 2017-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi əsasında Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülüb, həmin rayonun ərazisində yeni ünvanda, Abbas Mirzə Şərifzadə küçəsində təməlinin qoyulmasına qərar verilmişdi. TuncayBAKU.WS

Son xəbərlər