“Sovetski” sakinləri “Hacı Cavad” məscidinin köçürülməsi ilə bağlı Prezidentə məktub ünvanlayıb
Bakının Yasamal rayonunun "Sovetski” adlanan ərazisində yaşayan bir qrup sakin "Hacı Cavad” məscidinin köçürülməsi ilə bağlı Prezident İlham Əliyevə məktub ünvanlayıb.
BAKU.WS xəbər verir ki, məktubda deyilir: "Biz Yasamal rayonu Ç. Mustafayev küçəsi 16 ünvanında yerləşən "Hacı Cavad” məscidinin yeni ünvanda, müasir üslubda tikilməsini alqışlayır və hörmətli cənab Prezidentimizə minnətdarlığımızı bildiririk.
Hörmətli, cənab Prezident!
Hacı Cavab məscidi bizim "Sovetski” sakinləri üçün 100 ildən artıq müddətdə çox əziz olub və qəlbimizdə xüsusi yer tutan tarixi məscidlərimizdən biridir. Həmin məscidin yeni ünvanda tikilməsi Sizin "Sovetski”də yaşayan sakinlərə yüksək qayğınızın və hörmətinizin təzahürüdür.
Əlavə olaraq qeyd edirik ki, məscidin sökülməsi zamanı toplaşmağa cəhd göstərənlər bizə məlum olmayan və "Sovetski”də yaşamayan şəxslərdir.
Onların hansı məqsədlə toplaşmağa cəhd göstərmələri də bizə məlum deyil. Bir daha bizə göstərdiyiniz xüsusi hörmət və qayğıya görə Sizə öz dərin minnətdarlığımızı bildiririk”.
BAKU.WS
Oxşar xəbərlər
Prezident "Hacı Cavad" məscidini sökdürən vəzifəli şəxsi cəzalandırıb
Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakı şəhərinin "Sovetski" adlanan ərazisində "Hacı Cavad" məscidinin sökülməsinə öl...