İcra başçısından xanım jurnalistə qarşı kobudluq: "Dəhşətdi e, özüm ölüm" (VİDEO)

Ötən gün Bakının Yasamal yayonu Abdulla Şaiq küçəsində yerləşən Hacı Cavad məscidinin sökülməsinə etiraz edən bir qrup məscidin ətrafına toplaşıb.
BAKU.WS xəbər verir ki, etiraz aksiyası ilə əlaqədar olaraq hadisə yerinə gələn Yasamal rayon icra başçısı İbrahim Mehdiyev ondan açıqlama almaq istəyən xanım jurnalistə qarşı kobudluq edib. Belə ki, Bakının "Sovetski" adlanan ərazisində yerləşən məscidin söküntüsü ilə bağlı açıqlama verməkdən imtina edən icra başçısı əli ilə jurnalistin kamerasını vurub.
Baş verən hadisədən görüntüləri sizə təqdim edirik:
Aynur Ələkbərova
VİDEO Toplum TV
BAKU.WS

Oxşar xəbərlər
Rəhbərlik tapşırıq verdi- Sovetskidə məscidin söküntüsü dayandırıldı
"Sovetski”dəki "Hacı Cavad” məscidinin söküntüsü dayandırılıb”. BAKU.WS-in APA-ya istinadən məlumatına görə, bunu Bakının "Sovetski” adlanan ərazisində "Hacı C...