Bakının ən ucuz bazarı: burada əksər mallar 2-3 manata satılır (VİDEO)
Bakıda bazarların birinin qəribə mənzərəsi var. Burda hər şey satılır-köhnə mebel, avtomobil hissələri, nimdaş kostyum, hərbi mundir, video və aidio kasetlər, köhnə təqvimlər və kitablar, hətta keçi başı... Bir sözlə, burda ağlınıza gələcək hər şeyin köhnəsini tapa bilərsiniz.
Köhnə əşyaların satışı ruslardan qalıb. Ruslar adətən öz köhnə paltarlarını gətirib belə yerlərdə satıblar. Sonradan köhnə əşyalar da satılmağa başlanıb.
Paslamış dəmirlərin arasında kompüter qulaqlığından, köhnə radioya qədər hər şey var. Belə qarışıqlıq olmağına baxmayın, hərdən yaxşı pul da qazandıran əşyalar olur.
Çox vaxt köhnə geyimləri kiloqramı 1-2 manata alıb, 8-10 manata satanlar da var.
Paltarlarını zibilliyə atmayıb onlara verənlər də olur. Satıcıların qohumları da köhnəlmiş paltarlarını atmır. Evdə də köhnələn əşya, paltar olanda gətirib burda satdırır.
Köhnə, nostaljı əşyalarla birbaşa ünsiyyət qurmaq istəyirsinizsə, bura baş çəkin.
"Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
BAKU.WS
Oxşar xəbərlər
Bakıda heyvanlar üçün 400 manata divan satılır (VİDEO)
İtlər, pişiklər, siçanlar, tıspağalar, növbənöv quşlar... Hər bir heyvana uyğun müxtəlif yeməklər, şirniyyatlar, gözəllik vasitələri, hətta paltarlar. Bu, payt...