Bakının mərkəzində DƏYİŞİKLİK: Sürücülər cərimələnir (VİDEO)

Bakının mərkəzində DƏYİŞİKLİK: Sürücülər cərimələnir (VİDEO)
Video
Video 54005

 

"Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir. 

BAKU.WS-in məlumatına görə, ötən gün paytaxtın Nəsimi rayonunun Səməd Vurğun, Məhəmməd Füzuli və Şamil Əzizbəyli küçələrinin kəsişməsində (Heydər Əliyev sarayının arxasında) üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılıb. Analoji işlər Bakının Nəsimi rayonunun Şamil Əzizbəyli, Məhəmməd Füzuli, Bülbül və Səməd Vurğun küçələrində aparılıb. 

Yeni rəngləmədən sonra "Beş mərtəbə"dən Heydər Əliyev adına Respublika Sarayına gedən yolda, parkı keçdikdən sonra əslində sola dönməlisiniz. Ancaq çox sürücü yolun yeni rənglənməsindən xəbərdar olmadığı üçün düzünə hərəkət edir və YPX maşınları dərhal həmin sürücüləri saxlayaraq cərimələyir. 

Sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edirik.

Video: Vüqar Əliyarov

FOTO: Anar Məlikov BAKU.WS

Oxşar xəbərlər

Bakıda bu küçələr təmirə bağlanır

Bakıda bu küçələr təmirə bağlanır

Paytaxtda daha 3 küçədə hərəkət məhdudlaşdırılacaq. "Azəravtoyol” ASC-dən BAKU.WS-ə verilən məlumata görə, Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətin...

1665 Sosial 12:46 24 aprel 2017

Son xəbərlər