Bakıda bu küçələr təmirə bağlanır

Bakıda bu küçələr təmirə bağlanır
Sosial 1665

 

Paytaxtda daha 3 küçədə hərəkət məhdudlaşdırılacaq.

"Azəravtoyol” ASC-dən BAKU.WS-ə verilən məlumata görə, Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq, Nəsimi rayonu Yusif Vəzir Çəmənzəminli və Səməd Vurğun, həmçinin Səbail rayonu Rəşid Behbudov küçələrində müvafiq işlər aparılacaq.

Rənglənmə işlərinə bu axşam 22:00-dan etibarən start veriləcək. İşlərin səhər saatlarınadək yekunlaşdırılması nəzərdə tutulub.

"Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.

BAKU.WS

Oxşar xəbərlər

Axşam 22:00-dan etibarən bu yollardan keçməyin

Axşam 22:00-dan etibarən bu yollardan keçməyin

"Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətl...

1300 Sosial 12:51 21 aprel 2017

Son xəbərlər