Axşam 22:00-dan etibarən bu yollardan keçməyin

Axşam 22:00-dan etibarən bu yollardan keçməyin
Sosial 1300

 

"Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq Xəzər rayonu, Qala – Şüvalan yolunda ("Azal Arena”nın yolu) müvafiq işlər aparılır.

ASC-dən BAKU.WS-ə verilən məlumata görə, rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

Anoloji işlər bu axşam 22:00-dan etibarən Moskva prospekti, Biləcəri dairəsində, həmçinin Nəsimi rayonu, A.Bakıxanov və Ceyhun Hacıbəyli küçələrində ( A.Bakıxanov küçəsindən Hənifə Ələsgərova küçəsinədək) də aparılacaq. Burada işlər səhər saatlarınadək yekunlaşdırılacaq.

"Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.

BAKU.WS

Oxşar xəbərlər

Paytaxtın əsas prospektlərindən ikisində hərəkət məhdudlaşdırılacaq

Paytaxtın əsas prospektlərindən ikisində hərəkət məhdudlaşdırılacaq

Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işl...

1234 Sosial 19:58 19 aprel 2017

Son xəbərlər