Paytaxtın əsas prospektlərindən ikisində hərəkət məhdudlaşdırılacaq

19
apr
2017
19:58
Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri çərçivəsində bu axşam 22:00-dan etibarən Yasamal rayonu İnşaatçılar və Tbilisi prospektində rəngləmə işləri aparılacaq.
"Azəravtoyol" ASC-dən BAKU.WS-ə verilən məlumata görə, Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.
"Azəravtoyol" ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.
BAKU.WS

Oxşar xəbərlər
Bakının bir sıra ərazilərində hərəkət məhdudlaşdırılacaq
Aprelin 17-də axşam 22:00-dan etibarən paytaxtın Parlament prospekti, Lermontov, Teymur Elçin və Mehdi Hüseynzadə küçələrində, həmçinin Xətai rayonu Ələddin Qul...