Sürücülərin nəzərinə! Bu gün Bakıda bu yollar bağlı olacaq

Sürücülərin nəzərinə! Bu gün Bakıda bu yollar bağlı olacaq
Sosial 2245
 

Bu gün axşam saatlarınadək "Hava limanı” yol qovşağından "Mərdəkan” yol qovşağınadək olan hissədə yolun üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. 

BAKU.WS-in xəbərində bildirilir ki, "Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtoəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.

Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılır. 

"Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

BAKU.WS

Oxşar xəbərlər

Sürücülərin nəzərinə! Neftçilər prospektində hərəkət məhdudlaşdırılacaq

Sürücülərin nəzərinə! Neftçilər prospektində hərəkət məhdudlaşdırılacaq

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə əlaqədar sürücüləri diqqətli olmağa çağırı...

1214 Sosial 11:35 05 avqust 2016

Son xəbərlər