Bakının bir sıra ərazilərində hərəkət məhdudlaşdırılacaq
Aprelin 17-də axşam 22:00-dan etibarən paytaxtın Parlament prospekti, Lermontov, Teymur Elçin və Mehdi Hüseynzadə küçələrində, həmçinin Xətai rayonu Ələddin Quliyev küçəsi, "Ramstore” yol qovşağı və Heydər Əliyev Mərkəzinin yanında piyada keçidlərinin, yol-cizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri aparılacaq.
Bu barədə BAKU.WS "Azəravtoyol” ASC-nin mətbuat xidmətindən açıqlama verilib.
Aparılacaq işlər çərçivəsində sözügedən ərazilərdə avtonəqliyyat vasitələrinin hərəkəti tam və qismən məhdudlaşdırılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.
"Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.
BAKU.WS
Oxşar xəbərlər
Bakı Dairəvi yolu bu gün bağlı olacaq
Bakı Dairəvi-1 avtomobil yolunda rənglənmə işləri aparılır. BAKU.WS xəbər verir ki, "Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin h...