Bakının mərkəzində böyük təhlükə: Yerdə 15 metr dərinliyində çat yaranıb (VİDEO)
18
yan
2018
14:40
Bakıda Teleqüllənin yaxınlığında torpaq sürüşməsi nəticəsində yaranan çatların dərinliyi və eni getdikcə böyüyür. Hadisə yerində olan BAKU.WS-in əməkdaşı bildirir ki, ərazidə müvafiq orqanların əməkdaşları işləyir. 3 gündür bərkitmə işləri gedir. Çatların dərinliyi təxminən 15 metrdir. Qış aylarında, yağışlardan sonra Bakıda sürüşmə zonaları yenidən aktivləşir. Coğrafiya İnstitutunun mütəxəssislərinin apardıqları tədqiqatlara əsasən Bakının bir neçə əsas sürüşmə ocaqları müəyyənləşib. Əhmədli şosesi, Zığ şosesi, Binəqədi, Bayıl, Badamdar, Masazır gölünün ətrafında - ümumilikdə təxminən 20 yerdə böyük sürüşmə sahəsi var. Həmin sürüşmə sahələrində 150 mindən çox əhali məskunlaşıb. Bu ərazilərdə sürüşmə sahələri geniş yayılıb və həmin ərazilər sürüşmə baxımından təhlükəli hesab edilir. Mütəxəssislərin sözlərinə görə, son 20-25 ildə Bayıl yamacında sürüşmə sahəsi daha da artıb. Sürüşməyə təbii amillərlə yanaşı su, kanalizasiya borularının köhnəlməsi və həmin ərazilərdə çoxsaylı iritonnajlı maşınların hərəkəti səbəb olur. TuncayBAKU.WS
Oxşar xəbərlər
Yeni Günəşli və Zığda qəzalı evlərin sayı artır
Bakının Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivindəki "Günəşli Yaylası" çökmə-oturma sahəsi və Zığ sürüşmə sahəsindəki çatlarda müəyyən qədər artım var.B...