Bakıda sürücüləri gözləyən ölüm təhlükəsi - Bu küçədə diqqətli olun! - VİDEO

Bakıda sürücüləri gözləyən ölüm təhlükəsi  - Bu küçədə diqqətli olun! - VİDEO
Video
Video 326

Yollarda yaranmış daşlaşmış təpələr sürücülərin kabusuna çevrilib.

Paytaxt küçələrində hərəkət edən betonqarışdıran maşınlarının çoxu bəzən qaydalara düzgün əməl etmədiyindən yol infrastrukturunu bərbad hala salır.

Baku Tv mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Betonqarışdıran maşınlardan tökülən palçığın vaxtında təmizlənməməsi təhlükə mənbəyi olan təpəciklərin əmələ gəlməsinə səbəb olub. Bu hal digər avtomobillərin hərəkətinə maneə törədir. Bu isə çox zaman xoşagəlməz hadisələri qaçılmaz edir.

Gecənin düşməsi ilə ərazidəki işıq lampalarının söndürülməsi isə problemi daha da artırır. Yüksək sürətlə hərəkət edən avtomobillərin çoxu ərazidəki maneəni görə bilmir. Yükdaşıma qaydalarını pozaraq yolları bu hala salan sürücülərin cəzasız qalmayacağına ümid edirik.

Üstəlik, yolu bu hala salmağa görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət də nəzərdə tutulub. Hər halda, biz problemi işıqlandırdıq, onun həlli isə qalır aidiyyətli qurumların üzərinə.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər