Bakıdakı "xruşovka"lar sökülə bilər (VİDEO)
Rusiyada "xruşovka" adlandırılan beşmərtəbəli panel beşmərtəbəli binaların kütləvi şəkildə sökülməsinə başlanılıb. Moskvada sonuncu Xruşovka da söküldü. Görəsən bu məsələ paytaxt Bakı üçün də aktualdırmı?
Rusiyada istismara yararsız hesab edildiyindən bu binaların sürətlə sökülməsinə başlanılıb. Azərbaycanda da bənzər addım təklif edilir.
Əmlak ekspertini Ramil Osmanlının sözlərinə görə, başda "Xruşovka" layihəli binalar olmaqla 1960-ci illərdən əvvələ dayanan "İtaliyan” və "Minsk”, "Stalin” layihəli evlər də sökülməlidir. Belə evlərin sökülməsi hökümətə böyük vəsait hesabına başa gələcəyindən bu işdə tikinti şirkətlərinin maraqlı olmaları daha yaxşı olardı.
Ramil Osmanlı, dövlətin infrastruktur xərcləri öz üzərinə götürəcəyi təqdirdə "Xruşov” layihəli binalardan tez bir zamanda azad olunmağın mümkün olduğunu deyir.
Əmlak Eksperti Nüsrət İbrahimov isə belə evlərin sökülməsinə zərurət görmür.
"Bakıda hələ də 80-100 yaşı olan binalar qalır və onlar texniki, mühəndis tələblərinə cavab vermir. İlk növbədə, bu binalar və onların sakinləri üçün risklərin azaldılması barədə düşünmək lazımdır",- deyə mütəxəssis bildirib.
BAKU.WS Xəzərxəbərə-ə istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Oxşar xəbərlər
Bakıda 219 bina söküləcək, əhaliyə yeni mənzillər veriləcək (ÜNVAN)
Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı ilə paytaxtdakı istismar müddətini tamamlamış, qəzalı vəziyyətdə olan...