Bakıda YENİ TƏHLÜKƏ - Sahibsiz itlər - VİDEO
22
avq
2017
23:02
Bakının Xətai rayonu İnqilab İsmayılov küçəsində sahibsiz itlər insanlar üçün təhlükə yaradır. BAKU.WS xezerxeber.az-a istinadən bildirir ki, sürü ilə gəzən itlər yaxınlıqda yaşayan sakinlərə qənim kəsilib. Ərazidə hər an insanları it dişləyə bilər. Ərazidə zibil yeşiklərinin olması buranı itlərin məskəninə çevirib. Paytaxtın Xətai rayonu İnqilab İsmayılov küçəsi 3 ünvanında yaşayan sakinlər itlərin çoxalmasından və onlar üçün təhlükə yaratmasından narahatdır. Elə gündüz vaxtı çəkiliş apardığımız zaman binaların qarşısındakı parkda gəzən sahibsiz itlərin olduğunu gördük. Sakinlər bildirirlər ki, ərazidə sürü halında gəzən itlərin əlindən nəinki parka, hətta binanın həyətinə düşməyə belə qorxurlar. İtlərin əraziyə çox yığışmasını isə insanlar parkda işıqlandırma sisteminin olmaması və zibilliyin yaxında yerləşməsi ilə əlaqələndirirlər. Problemlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin rəisi Mübariz Hüseynovla əlaqə saxladıq. Qurum rəsmisi bildirdi ki, günü sabahdan əməkdaşlar həmin ünvana baxış keçirəcək və orada olan itlər zərərsizləşdiriləcək. Mübariz Hüseynov həmçinin bildirdi ki, son bir həftə ərazində 3 xüsusi təyinatlı maşın vasitəsilə paytaxtın müxtəlif yerlərində 370 sahibsiz it zərərsizlşədirilərək Balaxanıda yerləşən saxlanc yerində aparılıb. BAKU.WS
Oxşar xəbərlər
Bakının ən TƏHLÜKƏLİ ərazisi- it sürüsü maşınlara hücum çəkir (VİDEO)
Çox sayda küçə iti Bakının Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində yerləşən köhnə zavodların, xüsusəndə yeni Şüşə zavodunun ərazisini özünə məskən seçib. Bu...