Bakıda 51 maşın kül oldu: Bunun ziyanını kim ödəyəcək? - VİDEO

Bakıda 51 maşın kül oldu: Bunun ziyanını kim ödəyəcək? - VİDEO
Video
Video 4779
Ötən gün Bakıda cərimə meydançasında xeyli avtomobilin yanması ilə bağlı xəbər vermişdik. Əməkdaşlarımız bu gün həmin hadisə ilə bağlı araşdırmalar aparıblar. Yanğının bəzi təfərrüatları məlum olub. Bəs avtomobili yanan sürücülərə dəymiş ziyan ödəniləcəkmi? Sualımıza bakı şəhər dövlət yol polis idarəsinin rəsmisi cavab verib.Cərimə meydançasında 51 avtomobilin yanmasının təfərrüatları məlum olub.Söhbət ötən gün paytaxtın Nizami rayonu ərazisindəki Baş Dövlət Yol Polisi İdarəsinə məxsus 11 saylı cərimə meydançasındakı yanğın hadisəsindən gedir. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, yanğına müvəqqəti duracağa yaxın ərazidəki məişət tullantılarının yandırılması səbəb olub.Bölmə rəisi onu da qeyd etdi ki, hazırda həmin avtomobillərin kimlərə məxsus olması və sahiblərinə məlumat verilməsi ilə bağlı işlər aparılır.Vətəndaşlara dəymiş ziyanın ödənilməsinə gəldikdə isə Vaqif Əsədov bildirdi ki, hələlik bununla bağlı onlara müraciət daxil olmayıb. Olarsa bu araşdırılacaq və ziyan ödəniləcək.Qeyd edək ki, ötən il yol polisi tək Bakı şəhəri üzrə dayanacaqda yararsız halda qalan 600-dən çox avtomobili sahibinə qaytarıb. İmtina edənlərin isə avtomobili çıxdaş olunub.BAKU.WS

Oxşar xəbərlər

Sürücülərin diqqətinə: Polis 13 günə 100-dən çox sürücünü cərimələdi - VİDEO

Sürücülərin diqqətinə: Polis 13 günə 100-dən çox sürücünü cərimələdi - VİDEO

Avtomobilin dövlət nömrə nişanında olan defis simvoluna görə cərimələnən sürücülərin sayı gündən-günə çoxalır. Bu barədə bakı şəhər dövlət yol polis idarəsinini...

3072 Video 09:13 26 noyabr 2017

Son xəbərlər