Avtomobil cərimə meydançasında söküldü - VİDEO

Avtomobil cərimə meydançasında söküldü - VİDEO
Video
Hadisə 1480

Bərdədə avtomobil yol polisi tərəfindən saxlanılıb. Cərimə meydançasına qoyulan avtomobilin ehtiyat hissələri sökülüb. Avtomobilin sahibi iddia edir ki, avtomobildə olan pul və noutbuk da yoxa çıxıb.

BAKU.WS xəzərxəbər-ə istinadən xəbər verir ki, Bərdədə məskunlaşan Kəlbəcər rayon sakini Əvəz Həşimov ötən ilin dekabr ayında idarə etdiyi minik avtomobili ilə birlikdə yol polisi əməkdaşları tərəfindən saxlanılıb və ödənməmiş cəriməsinə görə üzərində həbs olduğu üçün avtomobil cərimə meydançasına yerləşdirilib.

Əvəz Həşimov iddia edir ki, həmin vaxt avtomobildə noutbuk və xeyli pul olub. 2 gün sonra cərimə meydançasına gəldikdə isə nə pulu, nə də noutbuku maşında tapıb.

Əvəz Həşimovun sözlərinə görə, səhhətində yaranan problemlərlə əlaqədar olaraq bu müddət ərzində paytaxtdakı xəstəxanalardan birində müalicə alıb. Avtomobil təxminən 11 ay cərimə meydançasında qaldıqdan sonra o, cəriməsini ödəyərək avtomobilini götürmək istəyib. Məlum olub ki, avtomobilin ehtiyat hissələri sökülüb.

İndi Əvəz Həşimov ona dəymiş ziyanın ödənilməsini tələb edir. O bildirir ki, bununla bağlı adiyyəti qurumlara rəsmi şəkildə müraciət də edib.

Məsələylə bağlı Bərdə Rayon Dövlət Yol Polisi bölməsindən bildirildi ki, sürücünün iddialarının heç də hamısı doğru deyil. Belə ki, o, saxlanılarkən həm də içkili vəziyyətdə olub. Ödənilməmiş 116 manat cəriməsindən əlavə ona 800 manat cərimə yazılıb. Bunlar onun imzaladığı protokolda da əksini tapıb.

Üstəlik, pratakolda avtomobildə olan əşyalar siyahısında pul, notbuk və maqnitafonun olması götərilməyib. Sürücü bunu da imzası ilə təsdiq edib. O ki, qaldı avtomobilin ehtiyat hissələrinin sökülməsinə bununla bağlı Əvəz Həşimovun müraciəti əsasında rayon polis şöbəsində araşdırma aparılır.

BAKU.WS

Son xəbərlər