Rəis Bakıda saxlanılan “Lamborghini”dən danışdı

Rəis Bakıda saxlanılan “Lamborghini”dən danışdı
Hadisə 3036

Bakıda yol polisi tərəfindən cərimə meydançasına aparılan yarım milyonluq "Lamborghini" markalı avtomobillə bağlı rəsmi məlumat verilib.

BAKU.WS "qafqazinfo"-ya istinadən xəbər verir ki,  Bakı şəhər Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun dediyinə görə, qeyd olunan avtomobil bu gün cərimə meydançasından buraxılıb: "Həmin avtomobil və onu idarə edən həmyerlimiz 26 iyul 2016-ci ildə Birləşmiş Ərəb Əmirliyindən ölkəmizə gəlib. Avtomobilin saxlanılmasına səbəb nəqliyyat vasitəsinin, həmçinin sürücünün uçot-qeydiyyat tələblərini pozmasıdır. Belə ki, sürücü və avtomobil Azərbaycanda yaşayacağı ərazi üzrə qeydiyyata düşməyib.

Saxlanılarkən sürücüyə hüquq və vəzifələri izah edilib. Qanunverciliyin tələbləri üzrə müvafiq qaydada tədbir görülüb, bu gün isə həmin avtomobil qanunun tələbləri yerinə yetirildikdən sonra cərimə meydançasından buraxılıb".

BAKU.WS

Son xəbərlər