DYP Bakıda Dubay nömrəsi ilə sürülən "Lamborghini"ni həbs etdi - FOTO

DYP Bakıda Dubay nömrəsi ilə sürülən Lamborghinini həbs etdi - FOTO
Sosial 8642
 

Yol polisi Bakı şəhərində yarım milyonluq "Lamborghini" markalı avtomobili cərimə meydançasına saldı. Bu barədə Criminal.az-a avtomobilin sahibi Xəyal Tağızadə məlumat verib. X.Tağızadə avtomobilinin cərimə meydançasına salınmasında mətbuatı günahlandırıb və səbəb kimi saytda dərc olunmuş məlumatı göstərib.

Bir neçə gün əvvəl Avtosfer.az-da istinadla ''Bahalı maşını Bakıda Dubay nömrəsi ilə sürən kimdir?'' başlıqlı yazı dərc etmişdi. Həmin yazıda qeyd olunurdu ki, məmur balaları yeni üsula əl atıblar. ''L 1117 Dubai nömrəli "Lamborghini" markalı avtomobil Bakıda bir neçə aydır sürülür. Son aylar Azərbaycana ərəb turistlərin axın etdiyi bir zamanda insanlar həmin avtomobilin sahibinin ərəb şeyxlərindən biri olduğunu zənn edirdilər. Lakin indi məlum olur ki, bu avtomobil Azərbaycanın yüksək rütbəli məmurlarından birinin ailə üzvünün avtomobilidir. Həmin avtomobili vaxtilə Dubayda sürən bu şəxs gözə girmək, diqqət mərkəzində olmamaq üçün maşını Bakıya gətirmirmiş. Lakin ərəb turistlərin Bakıya axını başlayandan sonra həmin avtomobil də müxtəlif vasitələrlə Azərbaycana gətirilib''-deyə yazıda qeyd olunub.

Avtomobilin sahibi X.Tağızadə bü gün saytımıza bildirdi ki, həmin avtomobil ona məxsusdur və avqust ayında Dubay şəhərindən Bakıya gətirilib: ''Maşının 3 ay Bakıda Dubay nömrəsi ilə idarə olunması üçün icazəsi var. Lakin sizin saytda gedən yazıdan sonra yol polisi dünən maşını saxlayaraq cərimə meydanına apardı. Mən nə məmur oğluyam, nə də avtoş... Niyə rahat yaşamağa qoymursunuz bizi? Fəxr etməlisiniz ki, azərbaycanlı "Lamborghini" sürür. Mən halal pulla qazanıb maşın almışam. Dəqiqləşdirmədən, yoxlamadan yazını verməklə kiməsə ziyan vurursunuz. Bir həftədən sonra maşın yenidən Dubay şəhərinə aparılacaq''.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər