Bakıda təcili yardım maşınını da cərimə meydançasına saldılar (FOTO)

Bakıda təcili yardım maşınını da cərimə meydançasına saldılar (FOTO)
Hadisə 1948

Bakıdakı təcili yardım stansiyalarından birinin avtomobilini cərimə meydançasına salıblar.

BAKU.WS-in məlumatına görə, bu barədə avtosfer.az saytına təcili yardım maşınının sürücüsü bildirib. Onun sözlərinə görə, bir neçə gün əvvəl idarə etdiyi təcili yardım avtomobilinin yol polisi tərəfindən cərimə meydançasına salınıb: "Mən işdə olduğum vaxt çağırış qəbul olundu və biz həkim heyəti ilə birlikdə çağırışa getdik. Bu zaman mən qaydanı pozaraq təcili tibbi yardım maşını ilə qoşa xətti tapdaladım. Həmin istiqamətdə olan başqa bir maşın gelib mənim maşınımı vurdu. Hadisə yerinə yol polisləri gəldi. Onlar ambulansı və o biri maşını cərimə meydançasına apardılar. Mənə protokol yazdılar ki, çağırışa gedən zaman qəza şəraiti yaratmısan. Mən deyirəm ki, çağırışa gedərim, maşında adam ölür, nə edim? Deyirlər, qaydanı pozmaq olmaz”.

Məsələni aydınlaşdırmaq üçün Bakı şəhər Dövlət Yol Polis İdarəsilə əlaqə saxladıq. İdarədən BAKU.WS-ə bildirdilər ki, əgər sürücünün əlində çağırış vərəqi olubsa, o zaman təcili yardım maşınının cərimə meydançasına salınması düzgün deyil.

"Sürücü mütləq quruma rəsmi şəkildə, yazılı müraciət etməlidir. Məsələ araşdırılacaq və lazımı tədbir görüləcək”, - deyə qurumdan bildirilib.

Hadisə ilə bağlı Bakı şəhər Təcili Tibbi Yardım Stansiyası ilə əlaqə saxladıq. Stansiyanın baş həkimi Rauf Nağıyevin BAKU.WS-ə verdiyi məlumata görə, yayılmış məlumat səhvdir. Baş həkimin sözlərinə görə onların heç bir avtomobili cərimə meydançasına salınmayıb. "Bizim heç bir maşınımız cərimə meydançasına salınmayıb”, - deyə Rauf Nağıyev bildirib. Qeyd edək ki, Azərbaycanda çağırışa gedən təcili yardım, yanğınsöndürən və digər operativ avtomobillərin saxlanılması qanunla qadağandır.

 

BAKU.WS

Oxşar xəbərlər

99 seriyalı maşınlar da Bakıya buraxılmayacaq

99 seriyalı maşınlar da Bakıya buraxılmayacaq

Oktyabrın 1-dən etibarən rayon qeydiyyatında olan avtomobillərin Bakıya buraxılışı ilə bağlı daha sərt addımlar atılıb. BAKU.WS-in məlumatına görə, bu barədə а...

6889 Sosial 15:57 02 oktyabr 2015

Son xəbərlər