Bakı küləyi Roma Papasının papağını uçurdu (VİDEO)

Bakı küləyi Roma Papasının papağını uçurdu (VİDEO)
Video
Video 2550

 

Oktyabrın 2-də Azərbaycan Respublikasına pastoral səfərə gələn Roma Papası Fransiskin rəsmi qarşılanma mərasimi olub.

BAKU.WS-in məlumatına görə, Azərbaycanın və Müqəddəs Taxt-Tacın bayraqlarının dalğalandığı meydanda Roma Papasının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Roma Papası Fransiski qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Roma Papası Fransiskə raport verdi. Müqəddəs Taxt-Tacın və Azərbaycanın himnləri səslənib.

Prezident İlham Əliyev və Roma Papası Fransisk fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Rəsmi qarşılanma mərasimi zamanı Roma Papasının baş geyimini külək aparıb. Həmin an kameraya düşüb. Daha sonra Roma Papası Fransisk Azərbaycan əsgərlərini salamlayıb.

 

BAKU.WS

Oxşar xəbərlər

Roma Papası prezident ailəsi ilə (FOTO)

Roma Papası prezident ailəsi ilə (FOTO)

Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Roma Papası Fransisk ilə görüşü olub. BAKU.WS-in məlumatına görə, daha sonra prezident İlham Əliyevin ai...

1571 Siyasət 12:04 03 oktyabr 2016

Son xəbərlər