İlham Əliyevə Çində rəsmi qarşılanma (FOTO)

İlham Əliyevə Çində rəsmi qarşılanma (FOTO)
Siyasət 881

Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 10-da Ümumçin Xalq Nümayəndələri Yığıncağında – parlamentdə rəsmi qarşılanma mərasimi olub. 

BAKU.WS Azərtac-a istinadən məlumat verir ki, burada dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Çinin rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Sədr Si Cinpinə təqdim olunub.

Hərbi orkestrin ifasında Azərbaycanın və Çinin dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Əllərində Azərbaycanın və Çinin bayraqları olan uşaqlar dövlət başçılarını salamlayıblar.

BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyev  Əhməd Davudoğlu ilə görüşdü (FOTO)

İlham Əliyev Əhməd Davudoğlu ilə görüşdü (FOTO)

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının baş naziri Əhməd Davudoğlunun rəsmi qarşılanma mərasimi olub. BAKU.WS-in məlumatına görə,...

938 Şou-biznes 15:57 03 dekabr 2015

Son xəbərlər