Azərbaycanda vəfat etmiş şəxsin adına cərimə protokolları göndərildi (VİDEO)
10
iyn
2018
11:58
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyasını dəyişsə də adına radara düşmüş avtomobillərin cərimə protokolları gəlir.Qəribə hadisə Hacıqabul rayonu Qarasu kəndində baş verib.Kənd sakini Şamil Azadovun atasu Əmrah Azadov 2015-ci ildə dünyasını dəyişməsinə baxmayaraq, tez-tez ünvanlarına cərimə protkolları göndərilir. Onun sözlərinə görə, protokolda göstərilən avtomobillər əvvəllər onun atasının adına olsa da, maşınlardan biri 2002-ci ildə, digəri isə 2007-ci ildə satılıb.Şamil Azadov bidirir ki, atasının ölüm kağızı da var və bu sənədi 2015-ci ildə dövlət orqanlarına təhvil verib. İndi o, bu cərimələrin ona və ailəsinə problem yaradacağından ehtiyat edir.Baş Dövlət Yol Polis İdarəsinin sözçüsü Rüfət Quliyev isə bildirib ki, sözügedən avtomobillər hələ də dünyasını dəyişmiş şəxs Əmrah Azadovun adınadır və onun verdiyi etibarnamələrin vaxtı bitdiyindən cərimə protokolları da Əmrah Azadovun adına göndərilir. Bunun olmaması üçün həmin şəxsin qohumu, ölüm kağızını Baş Dövlət Yol Polis İdarəsinə göndərməlidir ki, onun adı mərkəzi bazadan çıxarılsın. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:BAKU.WS
Oxşar xəbərlər
Cərimə və ballardan yaxa qurtarmaq üçün yeni üsul - DİQQƏTLİ OLUN (VİDEO)
Özünüzün də xəbəriniz olmadan adınıza cərimə, sürücülük vəsiqəsinə isə bal yazıla bilər.Bəzi avtomobil sahibləri cərimələrdən gələn balların öz sürücülük vəsiqə...