2008-ci ilin maşınına 2005-ci ilin cəriməsi gəlib (VİDEO)
2008-ci ildə istehsal olunan avtomobil 2005-ci ildə radara düşüb.
BAKU.WS məlumat verir ki, Bakı sakini Anar Ramazanov, aldığı avtomobili adına keçirmək üçün onun köhnə sahibi ilə birlikdə Baş Dövlət Yol Polisi idarəsinə yaxınlaşıb. Ona avtomobilin adında cərimə olduğu deyilib və alqı-satqının həyata keçirilməsi üçün cərimənin ödənilməsi şərt kimi göstərilib.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevlə əlaqə saxladıq. Məlum oldu ki, problem, texniki səhv ucbatından baş verib. Nadir hallarda min sürücüdən birininin başına belə bir hadisə gəlir. Əslində, avtomobilin əvvəlki sürücüsü 2012-ci ildə radara düşüb. Cərimənin müddəti bitdiyinə görə məsələ öz həllini tapıb. Daha dəqiq desək, artıq sistem belə bir cərimənin mövcud olmadığını göstərir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
BAKU.WS
Oxşar xəbərlər
Sürücü 1 saniyə fərqlə eyni radara iki dəfə düşüb, cərimə ikiqat tələb olunur - FOTO
Bakı sakini bir saniyə fərqlə eyni radara iki dəfə düşüb. Buna görə də həmin şəxsdən eyni cərimənin iki dəfə ödənilməsi tələb olunur. "Report" xəbər verir ki,...