Bu maşınlar Bakıda 15 ildir cərimə meydançasındadır - Sahibləri gəlmir (VİDEO)

Bu maşınlar Bakıda 15 ildir cərimə meydançasındadır - Sahibləri gəlmir (VİDEO)
Video
Sosial 1982

Dövlət yol polisinin cərimə meydançalarında bəzi maşınlar var ki, uzun müddətdir ki, orada saxlanılır. Hətta 10-15 ildir cərimə meydançasında "yatan" avtomobillər var. Belə maşınların sahiblərinə dəfələrlə bildirilib ki, avtomobillərini gəlib cərimə meydançasından götürsünlər. Amma yararsız olduğu üçün kimdir bu maşınlara yiyə çıxan? Beləcə həmin avtomobillər cərimə meydançasını zəbt etməkdən başqa işə yaramırlar.

Cərimə meydançalarında elə maşınlar var ki, neçə illərdir yağışın, qarın, günəşin altında qalaraq, tamamilə yararsız vəziyyətə düşüb. Avtomobil sahiblərinə, dünyasını dəyişmiş şəxslərin ailə üzvlərinə dəfələrlə məlumat verilsə də gəlib maşınlara yiyə çıxan tapılmır.

Burda hər cür maşın var. Xarici ölkələrin dövlət qeydiyyat nişanları ilə, əzilmiş və ya salamat hətta motosikllərə qədər. Duracaqda dayanmaq ödənişli olduğundan onların illərdiR buna da borcları yığılıb. Hərçənd ki, bu borc da onlardan tələb olunmur, amma yenə də sahibləri yiyə çıxmaq istəmir.

Vaxtilə qayda pozuntusuna görə cərimə olunub müvəqqəti qorunan duracağa gətirilən, amma indiyə kimi burdAn çıxarılmayan maşınlar bölgələrdə çoxluq təşkil edir. Məsələn bu görüntülər Bərdədəndir.

Sahibləri gəlib razılıq vermədiyindən bu maşınları nə çıxdaş etmək, nə də yararlı hissələrini satışa çıxarmaq mümkün deyil.

Sahibləri isə görünür gəlmək niyyətində deyil. Dövlət Yol Polisi bu səbəbdən belə avtomobillərin sahiblərinə bird aha müraciət edərək bildirir ki, cərimə meydançalarını zəbt edən maşınların çıxdaş edilməsi üçün öz dilləri ilə müraciət etsinlər.

Oxşar xəbərlər

Son xəbərlər