SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda metronun "28 May" stansiyası ərazisinə atılan azyaşlıların atası tapılıb.

BAKU.WS xəbər verir ki, ata "Elgizlə izlə" proqramında övladlarına qovuşub.

Küçələrdə səfil həyatı yaşayan Namiq həyat yoldaşı İlahənin Maştağadakı ruhi dispanserə yerləşdirildiyini bildirib.

Aparıcı Elgiz Əkbər ataya məsuliyyətsiz olduğunu üçün uşaqların ondan alınaraq dövlət müəissəsinə veriləcəyini xəbər verib. Bu sözdən sonra atanı uşaqlarla görüşdürüblər. Ata göz yaşları ilə azyaşlı körpələrinə sarılıb. 

Qeyd edək ki, azyaşlılar polis tərəfindən tapılaraq Mehriban Zeynalovanın sədri olduğu "Təmiz dünya" İB-nin sığınacağına yerləşdirilib.  


Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO